Türkiyə klublarından "Neftçi"nin futbolçularına rəsmi təklif

Türkiyə klubları "Neftçi"nin iki futbolçusu ilə maraqlanır. 

Newsport.az xəbər verir ki, bu barədə klubun prezidenti Kamran Quliyev "A Spor"a açıqlamasında bildirib.

Funksioner həmin komandaların adlarını açıqlamayıb. O, Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ı ilə matçdan sonra bəzi oyunçulara da təkliflərin gələcəyini söyləyib: "Söhbət tək kapitanımız Emin Mahmudovdan getmir. Türkiyənin digər klubları bizim iki futbolçumuzla maraqlanır. Artıq rəsmi təklif də gəlib. Onlar komandanın yaxşı futbolçularındandır, Superliqada oynaya biləcək səviyyədədirlər. İnanmaq istəyirəm ki, "Qalatasaray"la qarşılaşamanı hamı yaxından izləyəcək və futbolçuların potensialına qiymət verəcək". 

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right