"Qarabağ" - "Molde" matçının vaxtı məlum oldu

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçirəcəyi oyunun vaxtı müəyyənləşib.  Bu barədə Ağdam təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
 
O, qarşılaşmanın böyük ehtimalla, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyini və saat 20:00-da başlayacağını söyləyib. 
 
Klub rəsmisi son qərarın UEFA tərəfindən açıqlanacağını diqqətə çatdırıb: "Biz matçı 16 sentyabr saat 20:00-a təyin etmək istədiyimizi Avropa futbol qurumuna bildirmişik. Son qərarı isə UEFA verəcək".  
 
Qeyd edək ki, "Molde" "Qarabağ"la matçın neytral meydana təyin olunmasını istəyib, Ağdam klubu buna rədd cavabı verib. (report)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right