"Keşlə" üzərində qələbə xüsusi idi" "Laçi"nin baş məşqçisi

“Növbəti mərhələyə vəsiqə qazanmaq çox yaxşıdır. Ancaq heç də asan olmadı. 50-60 dəqiqə azlıqda mübarizə apardıq. Bəzən gücümüz tükəndi, şansın bitdiyini düşündük. Bu qələbə xüsusi idi".

Newsport.az "Panorama" nəşrinə istinadən xəbər verir ki, bu sözləri Albaniyanın "Laçi" komandasının baş məşqçisi Armando Kunqu "Keşlə"ni məğlub etdikləri UEFA Avropa Liqasının I təsnifat mərhələsi matçı barədə danışarkən deyib.

O, oyunçularını yaxşı motivasiya etməyi bacardığını bildirib: “Möhkəm və kollektiv oyun göstərən komandayıq. Bunu çempionat görüşlərində də göstəririk. Futbolçuları sona qədər cəsarətləndirdim. Fasilədə onlarla ünsiyyət qurmaq üçün fürsətimiz oldu. Tapşırdım ki, sağlam olmalı və parçalanmamalısınız. Onlara "Qəhraman olacağınız o gecə gəldi" dedim".

Qeyd edək ki, "Laçi" əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən matçda "Keşlə"ni penaltilərlə üstələyib - 5:4.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right