Rəhim Həsənovdan 7 sarı vərəqə, 1 penalti

Azərbaycanlı FİFA referisi Rəhim Həsənovun başçılıq etdiyi hakimlər briqadası Avropa Liqasının 1-ci təsnifat mərhələsində dünən keçirilən "Proqres” (Lüksemburq) - "Zeta" (Monteneqro) oyununu idarə edib.

Newsport.az xəbər verir ki, meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə R.Həsənov 55-ci dəqiqədə qonaq komandanın qapısına penalti təyin edib. O, eyni zamanda "Proqres"in 4, "Zeta"nın isə 3 futbolçusuna sarı vərəqə göstərib.

Qeyd edək ki, Rəhim Həsənova Zeynal Zeynalov, Namiq Hüseynov və Elçin Məsiyev kömək ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right