Azərbaycan "Qarabağ"la irəlilədi UEFA reytinqində

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ardından reytinq cədvəlini yeniləyib. Newsport.az xəbər verir ki, siyahıda Azərbaycanın mövqeyində dəyişiklik olub.

“Qarabağ”ın Moldova təmsilçisi “Şerif”i 2:1 hesabı ilə məğlub etməsi ölkəmizin bir pillə irəliləməsinə səbəb olub.

Bu oyunlaradək Azərbaycan UEFA reytinqində 26-cı sırada idi. Ancaq Rumıniya klubu ÇFR-in öz meydanında Xorvatiya təmsilçisi “Dinamo” ilə 2:2 hesablı heç-heçə edərək 25-ci pilləni ölkəmizə təhvil verib.

Xatırladaq ki, Azərbaycanın aktivində 15, 125 xal var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right