Azərbaycan yığmasından imtina etdi: "Danışdım, evdə qalmağa qərar verdim".

Almaniyada - "Ertsgebirge"də çıxış edən Dmitri Nazarov Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk oyunlarında iştirakdan imtina edib.

Newsport.az-ın məlumatına görə, bu barədə 30 yaşlı hücumçu "sueddeutsche" nəşrinə məlumat verib.

O, koronavirus pandemiyası səbəbindən bu addımı atdığını vurğulayıb. Nazarov dəvət aldığını, lakin Bakıya gəlməyəcəyini söyləyib:

"Koronavirusa yoluxmalar çoxdur və təhlükəsizlik birinci yerdədir. Azərbaycan risk zonasındadır, uçuşlar o qədər də asan deyil. Bu səbəbdən, millinin məşqçisi ilə danışdıqdan sonra evdə qalmağa qərar verdim".

Nazarov oktyabrdakı beynəlxalq matçlar üçün milliyə qayıtmaq ehtimalı barədə bunları deyib: "Vəziyyət bir az sakitləşsə, geri qayıda bilərəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right