AFFA Nazarovun məsələsinə aydınlıq gətirdi

UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Lüksemburq, 8-də isə Kipr millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının təlim-məşq toplanışında Almaniyanın “Ersgebirge” klubunda çıxış edən Dmitri Nazarov iştirak etməyəcək.
 
Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycana səfər etdikdən sonra Almaniyada bir müddət karantinə cəlb olunacağı üçün futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edib və qarşılıqlı razılıq əsasında Nazarovun millinin toplanışında iştirak etməməsi barədə qərar qəbul olunub.
 
Bildirilib ki, UEFA bu tip məsələlərin hər hansı problem yaranmadan həll olunması ilə bağlı üzvü olan bütün Milli Assosiasiyalara xüsusi tövsiyələrini bildirib və bunun əsasında AFFA tərəfindən Almaniya Futbol İttifaqına müvafiq qaydada müraciət ünvanlanacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right