Millimizin futbolçusunun komandasında koronavirus aşkarlandı

Azərbaycan U-21 millisinin üzvü Barış Ekincierin çıxış etdiyi Almaniyanın “Bohum” komandasında koronavirus aşkarlanıb. Newsport.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın bütün oyunçuları, məşqçilər heyəti və işçilər karantinə alınıb.

İnfeksiyaya yoluxmuş futbolçunun adı açıqlanmayıb. II Bundesliqa təmsilçisinin avqustun 25-dən başlamalı olduğu təlim-məşq toplanışı da ləğv edilib.

Qeyd edək ki, Barış Ekincier U-21-in sentyabrın 7-də keçiriləcək Fransa ilə matçına dəvət alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right