"Neftçi"nin rəqibi koronavirus testindən keçdi

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Şkupi” bu gün ölkəmizə yollanacaq. 

Newsport.az Şimali Makedoniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda səfər öncəsi koronavirus testindən keçib.

Məlumata görə, klubun nümayəndə heyəti, məşqçilər və futbolçuların testinin cavabı neqativ çıxıb.

Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Şkupi” oyunu saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right