Əliyev Rusiya Premyer Liqasında qol hesabını açdı

Futbol üzrə Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Tula “Arsenal”ı ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1.
 
Kamran da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da Əliyev vurub. 8-ci dəqiqədə sarı vərəqə alan azərbaycanlı futbolçu rəqib qapısına 30-cu dəqiqədə yol tapıb.
 
5 turdan sonra cəmi 2 xalı olan “Ximki” 16 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right