"Qarabağ" üçüncü mərhələdə Yenilənib

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.

Newsport.az xəbər verir ki, Ağdam klubu II təsnifat mərhələsində Bakıda Moldova çempionu "Şerif"i qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək matçı ukraynalı FIFA referisi Mikola Balakin idarə edəcək.

Bu, komandaların avrokuboklarda 5-ci dueli olacaq. Daha əvvəl 2017/2018 mövsümündə Çempionlar Liqasında, 2018/2019 mövsümündə isə Avropa Liqasında Tiraspol təmsilçisi ilə üz-üzə gəlmiş Azərbaycan çempionu hər iki halda rəqibini məğlub edərək növbəti mərhələyə adlayıb.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

26 avqust

20:00. "Qarabağ" (Azərbaycan) – "Şerif" (Moldova) 2-1

Qollar: Uroş Matiç, 22 (pen), Mahir Emreli, 63 - Frank Kastanyeda Veles, 78

Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right