Premyer Liqamızda 200-cü oyununa çıxdı

“Zirə”nin futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib.

Newsport.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, bu yubiley 2020/21 mövsümünün ilk turuna təsadüf edib.

“Qəbələ” ilə səfərdəki görüşün (1:1) 77-ci dəqiqəsində meydana çıxan 29 yaşlı hücumçu ölkə çempionatındakı oyun sayını 200-ə çatdırıb. Bu, həm də Qurbanovun “Zirə”də debütü olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right