“Komandaya yeni oyunçuların gəlməsi gözlənilir”

“Zirə”yə qarşı matç mövsümdə ilk oyun idi. Həmişə birinci qarşılaşma çətin olur. Buna baxmayaraq, hər iki komanda yaxşı futbol nümayiş etdirdi".

Newsport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Asif Məmmədov evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının ilk tur matçı barədə klubun rəsmi saytına açıqlamasında deyib.

Sözügedən oyunda komandasının yeni mövsümdə ilk qoluna imza atan 34 yaşlı yarımmüdafiəçi görüşün çox maraqlı, qarşılıqlı hücumlar şəraitində keçdiyini bildirib: "Hər iki komanda qalib gəlmək, mövsümə 3 xalla başlamaq istəyirdi. Uzun fasilədən sonra ilk rəsmi matçımız idi. Bu üzdən çətin olacağını öncədən hiss edirdik. Amma meydana çıxandan sonra bu çətinlik arxada qaldı. Qol vurduğum epizoda gəlincə, qayıdan, ikinci toplar uğrunda mübarizə aparmağım baş məşqçinin tapşırığıdır. Oyunun gedişində olan epizod idi ki, bu da qolla nəticələndi”.

İlk turun nəticəsini ədalətli hesab edən Asif Premyer Liqada yaranan fasilənin komandaya mümkün təsirindən də danışıb: “Rəqib də hücumlar təşkil edirdi. Bu matçda həm uda, həm də uduza bilərdik. Ən ədalətli nəticə heç-heçə idi. Hər iki komandanın qol şansları oldu, amma istifadə edə bilmədi. Qarşıdakı fasilənin komandaya həm müsbət, həm mənfi təsiri ola bilər. İlk turda pis oynamadıq. Bu üzdən oyunlar davam etsəydi, daha yaxşı ola bilərdi. Digər tərəfdən komandaya yeni oyunçuların gəlməsi gözlənilir. Bu müddətdə yoxlama oyunlarının keçirilə biləcəyini də nəzərə alsaq, onların uyğunlaşması baxımından fasilə xeyrimizə olar”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right