Xocalı Futbol Klubu seçimlərə başladı

Xocalı Futbol Klubu 2008, 2009, 2010, 2011 və 2012-ci il təvəllüdlü uşaqlar arasında seleksiya xarakterli məşqlərə start verib. Newsport.az xəbər verir ki, seçimlərdən uğurla keçən uşaqlar ödənişsiz olaraq müvafiq yaş qrupu üzrə komandalarımıza cəlb olunacaq.

Seçimlər Abşeron rayon, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksinin stadionunda keçiriləcək və 6 gün ( 2,3,4 və 9,10,11 sentyabr ) müddətində saat  17:00-dan 19-00-a qədər davam edəcək.

Məşqlər zamanı tətbiq olunacaq qaydalar.

1.Seçimlərdə iştirak edən uşaqların temperaturu ölçülərək stadiona buraxılacaq.

2.Valideynlər stadionun ərazisinə maskasız buraxılmayacaq.

3.Məşqlərin hər biri 1 saat olmaqla iki qrupa bölünəcək və məşqlərə müəyyən sayda uşaqlar buraxılacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right