"Keşlə"nin rəqibinin hücumçusu "Qızıl buts" aldı

“Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Laçi”nin hücumçusu Kirian Nuabueze “Qızıl buts” mükafatına layiq görülüb. Newsport.az xəbər verir ki, nigeriyalı forvard 2019/20 mövsümündə Albaniya çempionatının bombardiri olub.

28 yaşlı futbolçu 24 qolla liqanın ən məhsuldar oyunçusu adına layiq görülüb. O, mükafatı vəfat etmiş qardaşına həsr etdiyini bildirib.

Qeyd edək ki, “Laçi” avqustun 27-də Bakıda “Keşlə”nin qonağı olacaq. “ASK Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right