"Avrokuboka vəsiqə üçün hər şeyi verəcəyik" "Qəbələ"nin legioneri

"Qələbə qazana bilərdik, çox əzmkar matç oldu. Qalib gəlmək üçün hər şeyi etdik, amma hava şəraiti hər iki komandaya yaxşı oyun sərgiləmək üçün mane oldu". 

Bu fikirləri "Qəbələ"nin futbolçusu Rodriqo Qattas Azərbaycan Premyer Liqasının I turunda evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri matç barədə danışarkən deyib. 

28 yaşlı yarımmüdafiəçi bütün qarşılaşmalarda qələbə haqqında düşündüklərini bildirib.

Çilili oyunçu görüş ərzində boşluqlar axtardıqlarını sözlərinə əlavə edib: "Zirə"nin də yaxşı futbolçuları var. Düşünürəm ki, nəticə ədalətli idi. Qələbə qazanmaq üçün hücumda son anda dəqiq oynaya bilmirdik. Bu çatışmazlığı yaxşılaşdırmaq üçün çox çalışacağıq. Bu mövsüm Avropa Liqasında vəsiqə üçün hər şeyi verəcəyik. Məqsədə çatmaq üçün mübarizə aparacağıq". 

Qeyd edək ki, Rodriqo Qattas "Qəbələ"yə 2020-ci ilin əvvəlində keçib.(report)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right