Öncə Qurbanov, sonra Zekiç

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Şerif" (Moldova) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.

Newsport.az Ağdam klubunun saytına istinadən xəbər verir ki, avqustun 25-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçirəcək. Təmsilçimiz saat 18:30-da  "Azersun Arena"da oyunöncəsi son məşqinə çıxacaq.

“Şerif”in baş məşqçisi Zoran Zekiç isə saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat önünə çıxacaq. Moldova təmsilçisi 19:30-da matçın keçiriləcəyi stadionda son məşqinə çıxacaq.

Qeyd edək ki, “Qarabağ” – “Şerif” matçı avqustun 26-sı, saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right