Cavid Hüseynov "Zirə"yə qarşı oynamayacaq

Premyer Liqanın 1-ci turunda "Qəbələ" "Zirə"ni qəbul edəcək.

 

Newsport.az-ın məlumatına görə, meydan sahibləri oyuna ciddi itki ilə çıxacaq. Komandanın kapitanı Cavid Hüseynov qarşılaşmanın iştirakçısı olmayacaq.

 

Buna səbəb 32 yaşlı yarımmüdafiəçinin ötən mövsüm "Zirə"nin heyətində cəzalı duruma düşməsi olub. Təcrübəli futbolçu ötən mövsüm çempionatın 17-ci turunun "Qarabağ"la görüşündə hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanmışdı. Hüseynov "Zirə"nin heyətində 3 oyun meydana çıxmamışdı. Bu qarşılaşmada iştirak etməyəcək Cavidi cəzası sona çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right