"Zirə"dən təklif almışdım, amma razılaşmadıq"

"Zirə"dən ayrılandan sonra fərdi məşqlərimi davam etdirirəm. Bu müddətdə həftədə yalnız bir gün özümə istirahət vermişəm. Formadan düşməmək üçün tam gücümlə çalışıram ki, gedəcəyim klubda çox da çətinlik yaşamayım"

Newsport.az-ın məlumatına görə, bu sözləri Sportinfo.az-a son mövsümü "Zirə"nin heyətində keçirən, amma Rəşad Sadıqovun gəlişindən sonra komandadan ayrılan millimizin keçmiş üzvü Bəxtiyar Həsənalizadə deyib.

Bir neçə gün əvvəl onunla Türkiyə klublarının maraqlandığını və hətta konkret təklif də göndərildiyini yazmışdıq. Görəsən, danışıqlar hansı mərhələdədir? Həsənalizadəni dinləyək:

"Bəli, danışdığım menecerlər var. Bir yox, bir neçə menecer ölkə xaricində danışıqlar aparır. Təkcə Türkiyə yox, çox yeri təklif ediblər. Müsbət cavab verənlər və cavabın gözlədiklərim də var.

Qarşıma məqsəd qoymuşam ki, ölkədən çıxım. İnkişaf etməyi ölkə xaricində görürəm. Yalnız Türkiyə deyil, başqa ölkələr də olsa gedəcəm.

Bir neçə ölkə istisna olmaqla, istənilən yerdən gələn təkliflə razılaşa bilərəm. Düzdü, bir qədər gecikirəm. Amma xeyirlisi Allahdan. İnşallah yaxın günlərdə yekun qərarımı verəcəm"

Millimizin keçmiş üzvü hazırkı mərhələdə ölkəmizdə çıxış etmək perespektivinin olmadığını bildirib: "Bundan sonra ölkəmizdə hansısa klubdan dəvət gözləmək mənasızıdır. Hazırda bütün məqsədim ölkə xaricində oynamaqdır"

Bəxtiyar 10 ilə yaxındır davamlı olaraq Azərbaycan Premyer Liqasında çıxış edir. Uzun illər "Sumqayıt"ın əsas futbolçusu olub və elə oradan milli komandaya kimi yüksəlib.

Sonradan "Zirə"yə transfer olunan, hələ də "kimyaçılar"ın ən çox oyun keçirən futboçusu statusuna sahib müdafiəçi ona qarşı belə diqqətsizliyin olmasını öncədən gözlədiyini sözlərinə əlavə edib:

"Açığı, Zirə"dən təklif olmuşdu, amma razılaşa bilmədik. Başqa klubların maraq göstərməməsinin bəzi səbəblərini bilirəm. Ona görə də təəccüblənmədim. Məndən də adlı-sanlı futbolçular kənarda qalıb.

Onlara klublarımızda hava-su kimi ehtiyac var. Amma hamısı klubsuz qalıb. Özümün də kənarda qalmağımın səbəblərin müəyyən qədər bilirəm. Bu baxımdan belə durumun yaranması mənə çox da qeyri-adi gəlmədi. Açığı, hardasa belə olacağını gözləyirdim".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right