"Onları milliyə dəvət etməliyik ki..."

Newsport.az xəbər verir ki 19 yaşlılardan ibarət yığma avqustun 8-dən 17-nə kimi "Dalğa Arena"dakı Milli Komandaların bazasında təlim-məşq toplanışı keçib.

Samir Əliyevin yetirmələri pandemiyadan sonra ilk dəfə bir araya gəlirdi.

- U-19-un hazırlıq prosesi necə keçdi?
- Nəhayət, uzun fasilədən sonra komandanı bir yer yığa bildik. Avqustun 8-dən 17-nə kimi təlim-məşq toplanışında olduq. Hazırda oyunçuları 3 günlük istirahətə buraxmışıq. Sabahdan avqustun 26-na kimi yenidən toplanışı bərpa edəcəyik. Komandaya yeni futbolçular da dəvət olunacaq. Hər kəs istəklidi, uzun müddət futbolsuz qalan uşaqlar səbirsizliklə bu günləri gözləyirdilər. Hamı yüksək əhval-ruhiyyədədi.

- U-17-dəki həmkarınız Milos Velebit qəzetimizə açıqlamasında bildirdi ki, indiki toplanış başqalarına nisbətən daha ağır və keyfiyyətli oldu. Siz də onunla eyni fikirdəsiz?
- Bu fikirlərlə müəyyən mənada razılaşmaq olar. 5 aylıq fasilədən sonra futbolçuların çətinlik çəkdiyi hiss olunurdu. Fərdi məşqlərlə komanda halında hazırlıq arasında çox fərq var. Şəraitsizlik və imkanların az olması məşqin keyfiyyətini öldürür. Qapılı yerdə və ya ev şəraitində də həmin effekti vermir. Bəli, məşqlər ağır idi, amma keyfiyyət yox idi. Məşqlər ağır olanda futbolçular istər-istəməz yorulurlar. Bu səbəbdən də həmin keyfiyyət olmur. Bu da normal prosesdi. Çünki uzun müddətdi uşaqlar yaşıl meydanlardan uzaq düşüblər.

 

<p style="box-sizing: border-box; margin-top: 0px; margin-bottom: 1rem; color: rgb(33, 37, 41); font-family: -apple-system, BlinkMacSystemFont, " segoe="" ui",="" roboto,="" "helvetica="" neue",="" arial,="" "noto="" sans",="" sans-serif,="" "apple="" color="" emoji",="" "segoe="" ui="" symbol",="" emoji";"=""> - Futbolçular konkret olaraq 5 aydan çoxdu futbola həsrətdirlər. Hansısa yığma və ya klublarımızın əvəzediciləri ilə yoldaşlıq görüşü planda varmı?
- Avqustun sonuna Özbəkistanla iki yoldaşlıq görüşü nəzərdə tutulmuşdu. Amma təəssüf ki, həm bizim ölkədə, həm də Özbəkistanda sərhədlər bağlıdı. Bu səbəbdən də onlarla oyunumuz alınmayacaq. Buna baxmayaraq, bizimlə bir yerdə 17 yaşlılardan ibarət millimiz də təlim-məşq toplanışı keçirdi. Onlarla yoldaşlıq oyununda gücümüzü sınadıq. Bu mübarizə ancaq futbolçuların “gözünün qurdunu öldürmək” üçün idi. Çünki 5 aydı futbola həsrətdilər. Əlbəttə, uzun müddətdən sonra oyun istədiyimiz kimi alınmadı. Bunların hamısı qəbulolunandı. Səhvlər etdilər, meydanda ağırlıq hiss olunurdu. Gündə iki dəfə məşq keçən uşaqlardan meydanda can qoymağı tələb etmək olmazdı. Bu səbəbdən də bir oyun keçirdik və 2:1 hesabıyla qələbə qazandıq. İndi bizi növbəti təlim-məşq toplanışı gözləyir. Görək, qismət olsa, rəqib tapsaq, əvəzedicilərlə və ya başqa divizion klubları ilə bir-iki yoldaşlıq oyunu keçirmək niyyətindəyik. Bu, bizə mütləq lazımdı. Çünki yığmaya yeni futbolçular qoşulacaq və onları sınaqdan keçirməliyik. Bütün futbolçulara şans verməliyəm ki, özlərini göstərə bilsinlər (Futbol+).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right