AFFA-dan Əmir Ağayev açıqlaması FIFA-ya müraciət ünvanlanıb

AFFA hazırda Yunanıstanın "Atromitos" klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan milli komandasında çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb.

Futbolçunun millimizin təlim-məşq toplanışına çağırılması ilə bağlı AFFA-dan "Atromitos" klubuna rəsmi dəvət göndərilib.

FIFA-nın müvafiq komissiyasında Əmir Ağayevlə bağlı müraciətə növbəti həftə baxılacaq.

Mövcud qaydalara əsasən, ölkə xaricində çıxış edən hər hansı futbolçunun milli komandaya dəvət olunması üçün müraciət kluba toplanışın başlanma tarixindən ən azı 10 gün əvvəl göndərilməlidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right