"Bütün diqqətimiz "Neftçi" ilə oyundadır" "Şkupi"nin baş məşqçisi

"Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Səfərdə keçirilən heç bir oyun asan deyil".

Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan "Şkupi" komandasının baş məşqçisi Muarrem Bayrami ölkə çempionatının III turunda "Belasitsa" komandasına 2:0 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.

Bayrami artıq bütün diqqətlərinin "Neftçi"ilə görüşə yönəldiyini söyləyib: "Bu gündən Bakıda baş tutacaq oyunun hazırlıqlarına başlayırıq".

Qeyd edək ki, avqustun 27-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Şkupi" matçı saat 20:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right