Yunis Hüseynov: "Düz oynayan qazandı"

Azərbaycan Premyer Liqasının I turunda keçirilən "Sumqayıt" - "Keşlə" (0:1) oyunundan sonra təşkil olunan mətbuat koknfransında Bakı klubunun baş məşqçisi Yunis Hüseynovun jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib...

- Oyun bizim üçün çox vacib idi. Qarşıda Avropa Liqası oyunumuz var. İstəyirdik ki, qələbə qazanıb, növbəti oyuna yaxşı motivasiya ilə gedək. Futbolçularım yaxşı çıxış edib, qələbə qazandı. Mənə elə gəlir ki, yaxşı oyun göstərdik. Düzdür uzun fasilədən sonra çox yaxşı oyun sərgiləyə bilmərik. Bu gün səhv edən komanda məğlub oldu, düz oynayan qazandı.

- Komandanı tam tanıya bilmisizmi?
- Komandanı tanınıyırdım. "Keşlə"də dəyişikliklər çox olub. İki tərəfli oyun da keçirdim ki, komandanı tam tanıyım. Zədəli futbolçularımız var. Amma 100-də 100 futbolçuların hamısına bələd deyiləm. Bunu da 1-2 oyundan sonra həll edəcək.

- Aleksandr Kristovaonun çıxışı sizi qane etdimi?
- Düzdü, hücumçudan çox şey asılıdı. Qarşıda topu saxlamağı bacarmalıdı. İstəklərimi ona çatdırandan sonra ondan fayda alacağıq.

- Qarşıdakı bir həftədə Avropa Liqası oyunu üçün hansı məqamlar üzərində işləyəcəksiz?
- Mən son həftədə ancaq "Sumqayıt"ı təhlil etmişəm. Sırf məşq prosesini də buna uyğun etmişəm və Albaniya komandasını düşünməmişəm. Amma sabahdan "Laçi"ni təhlil etməyə başlayacağıq. Rəqibin güclü və zəif tərəflərinə uyğun məşq prosesi keçirəcəyik. Bizim də zəif tərəflərimiz var və bunun üzərində işləyəcəyik.

- Klub rəhbərliyi qarşınıza hansı hədəfləri qoyub?
- Bizdən yaxşı oyun tələb olunur. Bu da olsa, nəticə də gələcək. Deməyiblər ki, çempion olmalısan və ya başqa nəsə.

- Komandanın hansı mövqelərini gücləndirməyə ehtiyac var?
- Bu yaxınlarda mövqelərimizi gücləndirəcəyik. Bunun üçün rəhbərlikdən transfer istəmişəm. Bəyəndiyim iki futbolçu var ki, onlarla danışıqlar gedir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right