"Sumqayıt"dan ayrılan futbolçu Azərbaycan millisinə çağırıldı

"Sumqayıt"dan "Atromitos" klubuna keçən Əmir Ağayev Azərbaycan millisinə çağırılıb. Newsport.az Yunanıstan mətbuata istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə yığmaya dəvət alıb.

Məlumata görə, AFFA tərəfindən bununla bağlı "Atromitos"a məktub daxil olub. Məktubda bildirilir ki, Ağayevin milli komandanın 31 avqust - 8 sentyabr tarixlərindəki təlim-məşq toplanışında düşərgədə olmalıdır.

Azərbaycan əsilli olan futbolçu Millətlər Liqasının qrup mərhələsində Lüksemburq və Monteneqro ilə oyunlarda iştirak edə bilər.

Qeyd edək ki, C Liqasının 1-ci qrupunda yer alan yığmamız sentyabrın 5-də Lüksemburqla Bakıda, 8-də isə Kiprlə Nikosiyada qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right