"Qarabağ" Premyer Liqaya qələbə ilə başladı Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümdə ilk turun daha bir oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" "Sabah"ı qəbul edib.  Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar yay təlim-məşq toplanışı çərçivəsində 2 dəfə qarşılaşmışdılar. Qəbələdə rəqibinə uduzan (1:2) Ağdam təmsilçisi Bakıda qalib (2:0) gəlmişdi.

 

Qeyd edək ki, ilk tura sabah keçiriləcək "Qəbələ" - "Zirə" oyunu ilə yekun vurulacaq.

Xatırladaq ki, dünən keçirilən iki görüşlə çempionatda 165 günlük fasilə bitib. Ölkəmizdə koronavirus pandemiyasına görə mart ayından çempionat oyunları keçirilmirdi.

Əlavə edək ki,  koronavirus pandemiyasına görə Premyer Liqanın oyunları azarkeşsiz keçirilir.

22 avqust (şənbə)

20:00. “Qarabağ” – “Sabah” - 2:0
Qollar: 
Mahir Emreli, 45,58
“Azersun Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right