Bir hücumçu ilə razılığa gəlmişik" - Füzuli Məmmədov

Azərbaycan Premyer Liqasında l

turun “Neftçi” – “Səbail” (2:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Uzun fasilədən sonra futbola qayıtdığımıza görə sevinirik. İlk oyunlar həmişə çətin olur. Uzun müddətdi rəsmi oyun keçirmirdik. Ancaq futbolçular meydanda əzmkarlıq göstərdilır, qələbə üçün çox çalışdılar. Hər birini təbrik edirəm. Yaxşı komandaya qarşı oynayırdıq. Rəqibi də yaxşı futbola görə təbrik edirəm.

- İstədiyiniz “Neftçi”nin neçə faizini meydand gördüz?
- İlk oyunlar çətin olur. Əsas problem uzun müddət rəsmi matç keçirməməyimizdi. Oyundan oyuna optimal formaya çatacaqlar. Bəzi epizodlara istıdiyimizi alırdıq, bəzən isə səhvlər olurdu.

- Hücumçu transferi məsələsi nə yerdədi?
- Bir hücumçu gəlməz üzrədi. Bütün detallarda razılıq əldə olunub. Gələn həftə bizimlə olacaq.

- Meydanın ot örtüyü sizi qane edirmi? Bununla bağlı rəhbərlik qarşısında hər hansı tələbiniz olubmu?
- Bununla bağlı fikirlərimizi bildirmişik.Düşünürəm ki, gələn həftə hər şey qaydasına düşəcək. Ot prtüyü futbolçulara təsir edir. Bizim meydanımızda ot örtüyü həmişə yüksək səviyyədə olub. Bununla məşğul olan mütəxəssislər var. Düşünürəm ki, tezliklə problemi həll edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right