"Zirə" 4 ildir Qəbələdə qələbəyə həsrətdir

Azərbaycan Premyer Liqasının I turunda “Zirə” ilə qarşılaşacaq “Qəbələ” rəqibini 11-ci dəfə qəbul edəcək.
 
Newsport.az-ın bölgə klubunun rəsmi saytına istinadən məlumatına görə, bakılılarla indiyədək evdə 10 dəfə üz-üzə gələn “qırmızı-qaralar” bunun 5-də qalib gəlib.
 
Doğma divarlar arasında 4 heç-heçəsi olan “Qəbələ” yalnız bir dəfə məğlub olub. Həmin yenilgi 4 il əvvələ - 2016-cı ilin martına təsadüf edib. Evdə 16 qol vuran qəbələlilər qapısından 7 top buraxıb.
 
Ümumiyyətlə, bu komandalar indiyə qədər 21 oyunda qarşılaşıblar. “Zirə” ilə matçlarda Aleksey Qay hamıdan çox – 4 qola imza atıb. Ermin Zets bu oyunlarda 3 dəfə fərqlənib. Altı futbolçu - Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopezin aktivində 2 top var.
 
Qeyd edək ki, avqustun 23-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” görüşü 19:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right