Millimizin futbolçusu "Real"ın qapıçısı ilə eyni sırada

Ukraynanın “Dnepr” klubunun yetirmələrindən ibarət simvolik “11-lik” seçilib. Newsport.az xəbər verir ki, rəmzi komandada Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev də yer alıb.

Ukraynanın “Aleksandriya” klubunun formasını geyinən 32 yaşlı oyunçu “Dnepr”in yetişdirdiyi ən yaxşı sağ cinah müdafiəçisi sayılır.

Paşayevlə yanaşı, “Real”ın qapıçısı Andrey Lunin və “Sevilya”nın sabiq yarımmüdafiəçisi Yevgeni Konoplyanka da komandanın ən uğurlu kəşfləri sırasındadır.

Qeyd edək ki, 2004-2014-cü illərdə “Dnepr”də çıxış edən Pavel Paşayev 2017-ci ildən “Aleksandriya”nın formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right