"Azərbaycanlılara qarşı işimiz çətin olacaq"

“Əlimizə düşən şənslardan yararlana bilmədik. Ancaq komandanın birinci hissədəki çıxışından razı qaldım”.

Newsport.az xəbər verir ki, bu sözləri “Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Laçi”nin baş məşqçisi Armando Kunqu “Apoloniya” ilə keçirilən yoxlama görüşü (1:0) barədə danışarkən deyib. Albaniyalı mütəxəssis Bakı səfərinə də toxunub:

“Bilirik ki, azərbaycanlılara qarşı işimiz çətin olacaq. Amma oyunumuzu emosional yüklər olmadan keçirəcəyik”.

Qeyd edək ki, “Keşlə” – “Laçi” qarşılaşması avqustun 27-də “ASK Arena”da keçiriləcək. Görüş 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right