"Qəbələ"nin 15-ci startı

Avqustun 21-də Azərbaycan Premyer Liqasında 2020-2021-ci illər mövsümü başlayacaq.

 

Newsport.az-ın məlumatına görə, 29-cu ölkə çempionatı “Qəbələ” üçün yubileylə əlamətdar olacaq. Yüksək dəstədə 2006-cı ildə debüt edən “qırmızı-qaralar” 15-ci dəfə güclülərin mübarizəsinə qatılacaq.

 

Komanda indiyədək 14 dəfə Premyer Liqada (əvvəlki güclülər dəstəsi) qüvvəsini sınayıb. “Qəbələ” bu çempionatlarda 5 dəfə mükafatçılar sırasına düşüb. “Qırmızı-qaralar”ın hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.

 

Arxada qalan 14 mövsümdə komanda 412 matça çıxıb. Bu görüşlərdə 166 qələbə qazanan “Qəbələ” 107 dəfə bir xalla kifayətlənib. “Qırmızı-qaralar” 139 dəfə məğlubiyyətlə üzləşib. 505 qol vuran bölgə təmsilçisi 444 top buraxıb. 

 

2006/07 

24

4

4

16

17-47

20

XI yer 

2007/08 

26

11

3

12

33-36 

36

VI yer

2008/09

26

9

6

11

28-21

33

X yer 

2009/10

32

13

10

36-36

49

VI yer 

2010/11

32

13

12 

31-18

51

VII yer 

2011/12

32

15

10 

43-32 

52

V yer

2012/13

32

10

8

14

32-40

38

VI yer

2013/14 

36

18

7

11

48-36

61

III yer 

2014/15

32

15

46-35 

54

III yer 

2015/16

36

16

11

9

44-28

59

III yer

2016/17

28

14

10

4

46-21

52

II yer

2017/18

28

14

7

7

43-26

49

II yer

2018/19

28

9

9

10

31-33

36

IV yer

2019/20

20

5

4

11

25-35

19

VIII yer 

Cəmi

412

166

107

139

505-444

605

 

 

Komanda evdə və səfərdə eyni sayda – 206 oyun keçirib. Öz meydanında 94 qələbəsi olan “qırmızı-qaralar” 54 dəfə heç-heçə edib. 58 dəfə uduzan “Qəbələ” qonaqların qapısından 269 top keçirib və 186-nı buraxıb. Səfərdə 72 dəfə üç xal əldə edən kollektiv rəqib meydanlarında 53 sülhə imza atıb. 81 dəfə səfərdən xalsız dönən “Qəbələ” 236 qol vurub, 258-ni buraxıb.

 

Bu 14 mövsümdə “Qəbələ”nin formasını 232 futbolçu geyinib. Onlardan altısı 100 matç səddini arxada qoyub: Urfan Abbasov - 177, Dodo - 131, Dmitri Bezotosnı - 117, Viktor Mendi – 112, Elvin Camalov – 111, Asif Məmmədov – 105.

 

“Qəbələ”nin qolların 106 futbolçu vurub. 13 dəfə isə rəqib oyunçular avtoqol müəllifi olub. Komandanın Premyer Liqadakı bombardiri Viktor Mendidir – 29 qol. Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb. İlk “beşlik”də hərəyə 16 dəfə fərqlənən Yannik Kamanan və Filip Ozobiç də yer alıb.

 

“Qırmızı-qaralar”a Premyer Liqadakı 14 mövsümdə 10 baş məşqçi rəhbərlik edib. Ramiz Məmmədov 118, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub. 

 

“Qəbələ” 14 mövsüm ərzində 24 müxtəlif rəqiblə qarşılaşıb.

 

“Qəbələ” 7 dəfə mövsümə qələbə ilə başlayıb. Startda 4 heç-heçəsi olan komanda 3 dəfə ilk matçını uduzub:

 

05.08.2006. Gilan (Qəbələ) - İnter (Bakı) - 0:0

11.08.2007. Standard (Bakı) - Qəbələ - 0:1

09.08.2008. Qəbələ - Muğan (Salyan) - 4:1

16.08.2009. Qəbələ - Simurq (Zaqatala) - 2:1

07.08.2010. Xəzər Lənkəran - Qəbələ - 1:0

07.08.2011. Qəbələ - Bakı - 0:0

04.08.2012. Simurq (Zaqatala) - Qəbələ - 1:1

02.08.2013. Bakı - Qəbələ - 1:2

10.08.2014. İnter (Bakı) - Qəbələ - 4:0

10.08.2015. Qəbələ - Qarabağ (Ağdam) - 2:2

08.08.2016. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

12.08.2017. İnter (Bakı) - Qəbələ - 1:2

12.08.2018. Qəbələ - Səbail (Bakı) - 3:0

17.08.2019. Qəbələ - Sumqayıt - 0:2.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right