Futbolçu milliləşdirməklə bağlı qaydalar dəyişəcək FIFA AFFA-nın işini asanlaşdırır

FIFA yeni qərar qəbul etməyə hazırlaşır.

 

Newsport.az xəbər verir ki, yeni qərara əsasən bəzi futbolçuların milli komandasını dəyişmək asanlaşacaq. Əgər bir oyunçu ilk çıxış etdiyi yığmada üçdən çox matç keçirməyibsə, komandasını dəyişə bilər.

 

Bundan əlavə, dünya çempionatının və qitə yarışlarının final mərhələlərində oynayan futbolçular yığma dəyişdirmək hüququna malik olmayacaqlar.

 

İndiki qərarda futbolçu yığmada bir rəsmi oyun keçiribsə, komandasını dəyişə bilməz. FIFA-ya üzv olan 211 ölkə qərarı dəstəkləsə, gələn aydan qüvvəyə minəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right