“Şerif”in baş məşqçisi: “Qarabağ”a qarşı daha yaxşı oynayacağımıza inanıram”

“Çempionlar Liqasında zəif komanda olmur. Lüksemburq klubu hörmətə layiq rəqibdi. Qoldan sonra şanslarımız çox oldu. Lakin ikinci topu rəqib qapısından gec keçirdik”.

Newsport.az saytının məlumatına görə, bu sözləri Moldovanın “Şerif” klubunun baş məşqçisi Zoran Zekiç Çempionlar Liqasının birinci təsnifat mərhələsində Lüksemburq "Fola Eş"ini 2:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.

Qələbə baxmayaraq, xorvat mütəxəssis komandasının səhvlərə yol verdiyini bildirib: “Futbolçularım çox əsəbi idilər. Xeyli səhvlər etdik. İlk yarıda çoxlu top itkisinə yol verirdik. İkinci hissədə də qol şanslarımız oldu. Bu, avrokubok oyunudu. Burada yaxaladığın şanslardan istifadə etməlisən”.

Lüksemburq çempionunu mübarizədən kənarlaşdıran “Şerif” ikinci mərhələdə “Qarabağ”a rəqib olub. Moldova təmsilçisinin çalışdırıcısı qeyd edib ki, Bakıda onları daha çətin oyun gözləyir:

“Qarabağa qarşı daha yaxşı oynamalıyıq. Həm hücumda, həm də müdafiədə. Bakıda daha yaxşı çıxış edəcəyimizə ümid edirəm. Çünki bizi orada daha güclü rəqib gözləyir. Cütün taleyi 1 oyunda həll olunur. Ona görə də “Qarabağ”la görüşə qədər bugünkü matçdakı səhvlərimizi analiz etməli, onların üzərində işləməliyik”.

Xatırladaq ki, “Qarabağ” - “Şerif” oyunu avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right