Braziliyalı futbolçu Azərbaycan klubu ilə danışıq aparır

Braziliyanın “Parana” klubunun futbolçusu Rafael Alemao karyerasını Azərbaycanda davam etdirə bilər. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı oyunçu hazırkı klubunu tərk etməyə hazırlaşır.

Məlumata görə, Alemao adı açıqlanmayan Azərbaycan komandalarının biri ilə danışıq aparır. Onun hazırda çıxış etdiyi “Parana” klubu ilə müqaviləsinə xitam verməsi gözlənilir. 23 yaşlı sağ cinah oyunçusu danışıqların davam etməsi səbəbindən B seriyasının son oyunu olan “Quarani” səfərinə aparılmayıb.

Qeyd edək ki, “Parana”nın yetirməsi olan Rafael Alemao hələlik yalnız bu klubda çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right