“Məlumat gəldi ki, Rəşad Sadıqov məni istəyir”

Zirə” futbol klubununun yeni hücumçusu Kayo Ranqel bir çox klubdan təklif aldığını, lakin Azərbaycan çempionatını seçdiyini bildirib. 
 
"Məlumat gəldi ki, bu komandanın baş məşqçisi (Rəşad Sadıqovu nəzərdə tutur – S.M.) məni istəyir. Mən də menecerimə həmin klubla danışıqlara başlamağa razılıq verdim. Paulista çempionatından sonra mənə çoxlu təklif gəldi, ancaq qəbul etmədim. Bunu isə bəyəndik”, - bu barədə hücumçu Braziliyanın Globoesporte.globo.com saytına deyib.
 
Üç gün əvvəl 1+1 illik müqavilə bağlamış 24 yaşlı sağ cinah hücumçusu Braziliyanın D Seriyası klubu olan “Feroviarya” klubundan “Zirə”yə keçidindən danışıb:
 
“Hər şey çox tez baş verdi. Təxminən 2-3 günə razılaşdıq və Bakıya gəldim. “Zirə”yə keçdiyimə şadam və hesab edirəm ki, əla mövsüm keçirmək üçün bizdə hər şey var. Oyunlara çıxmaq üçün motivasiyam çox yüksəkdir”.
 
Qeyd edək ki, Kayo Ranqel Braziliyanın məşhur “Flamenqo” klubunun yetirməsidir. O, peşəkar karyerasına İtaliyanın “Kalyari” klubunda başlayıb. Həmçinin, Portuqaliyada “Arouka” və “Eşturil” klublarının şərəfini qoruyub. Braziliyanın 14 və 17 yaşadək millilərində çıxış etmiş futbolçu son yığma ilə 2013-cü ildəki dünya çempionatında oynayıb və iki qol vurub.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right