AFFA məcburi köçkünlər üçün tədbir keçirdi

AFFA-nın və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunun Ramana qəsəbəsində Xankəndi, Şuşa və Kəlbəcərdən olan məcburi köçkünlərin yaşadığı ərazidə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

Bu layihə Prezident İlham Əliyevin 2019-cu il dekabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Layihə çərçivəsində Xankəndi, Şuşa və Kəlbəcərdən olan  50 uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və digər rəsmi şəxslər iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right