“Sabah”ın legioneri milliyə dəvət aldı

Moldova millisinin UEFA Millətlər Liqasında yeni mövsümün ilk iki matçı üçün geniş heyəti açıqlanıb.

Newsport.az xəbər verir ki, türkiyəli baş məşqçi Engin Firat 28 oyunçuya dəvət göndərib. Heyətin yarısı legionerlərdir.

Bu futbolçulardan biri də Azərbaycanda çıxış edən Yevgeni Koçukdur. "Sabah"ın 27 yaşlı yarımmüdafiəçisi Fıratın vaxtında mütəmadi dəvət alır.

Avqustun 29-da bir araya gələcək Moldova yığması sentyabrın 3-də Kosovonu qəbul edəcək, bundan 3 gün sonra Sloveniyanın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right