XXX tur: Hansı oyunlar canlı yayımlanacaq?

Aprelin 17-si ölkə çempionatında 30-cu turun oyunları keçirləcək.
 
Newsport.az-ın məlumatına görə, 30-cu tur qarşılaşmalarından 3-ü canlı yayımlanacaq. Sadəcə AZAL - "Sumqayıt" dueli tamaşaçılara canlı təqdim olunmayacaq.
 
Belə ki, saat 16:00-da start götürəcək "Bakı" - "İnter" görüşü "İnter TV", ondan 2 saat sonra başlayacaq Simurq" - "Qarabağ" matçı "Simurq TV" vasitəsilə canlıyayımlanacaq.Turun mərkəzi oyunu olan "Neftçi" - "Qəbələ" matçı isə "İdman Azərbaycan"ın efirində olacaq.
 
Qeyd edək ki, sözügedən qarşılaşma aprelin 17-i saat  20:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right