"Qarabağ" darmadağınla mərhələ adladı Yenilənib

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.

Newsport.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da meydana çıxıb. Qurban Qurbanovun komandası Bakıda Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşıb. Oyun "Qarabağ"ın inamlı qələbəsi ilə başa çatıb - 4:0.
 
Mərhələ bir oyundan ibarət olduğundan Ağdam təmsilçisi 2-ci raunda yüksəlib.

Qeyd edək ki, "Qarabağ" 2-ci turda sabah keçiriləcək “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) oyununun qalibi ilə qarşılaşacaq. 2-ci mərhələnin matçları avqustun 25-26-da oynanılacaq. 
 
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
18 avqust
 
20:00. Qarabağ – Sileks 4-0
Qol: Xayme Romero, 11. Donald Gerye, 39,51. Mahir Emreli, 79
Baş hakim: Yaroslav Kozık (Ukrayna).
Tofiq Bəhramov adına Respublika stadionu.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right