"Neftçi" - "Şkupi" matçının hakimləri açıqlandı

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Şkupi” oyununun hakimləri müəyyənləşib. Newsport.az xəbər verir ki, Bakıdakı qarşılaşmanı Latviyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Aleksandr Qolubev olacaq. Ona yan xətt hakimləri Raymond Tatrik və Yevgeni Morozovs kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Artis Kenin yerinə yetirəcək.

Qeyd edək ki, “Neftçi” – “Şkupi” görüşü avqustun 27-də “Bakcell Arena”da keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right