Füzuli Məmmədov: "Hücumçu transferini tez həll etməliyik"

"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov ARB kanalına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis yeni hücumçu alacaqlarını bildirib:

"Çalışacağıq ki, hücumçu məsələsini həll edək. Bundan əlavə, dayaq yarımmüdafiçi də axtarırıq. Ancaq əsas fikrimiz hücumçu transferinin üzərindədir. Buna səbəbdən hələ ki yarımmüdafiəçi mövqeyinə baxmırıq. Toplanış keçmişik və fiziki baxımdan komanda normal vəziyyətdədir. Yeni oyunçulara bir az vaxt lazım olacaq. Yeni transferlərin fiziki vəziyyətləri ilə digər futbolçuların durumları eyni deyil. Çalışırıq ki, eyni ritmə gəlsinlər".

Məmmədov Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkupi" klubuna qarşı keçirəcəkləri matçdan danışıb:

"Rəqibi tam analiz etməyə çalışacağıq. Elə etməliyik ki, bu qarşılaşmada sürpriz yaşanmasın. Maksimum hazır olmalıyıq".

"Ağ-qaralar"ın kapitanı Emin Mahmudov komandanın gənc çalışdırıcısı Füzuli Məmmədovu digər baş məşqçilər ilə müqayisə etməyib. O, yeni mövsümün hədəflərini açıqlayıb:

"Məşqçiləri müqayisə etmək istəməzdim, hər birinin öz fikri var. Çalışacağıq ki, Füzuli Məmmədovun istədiklərini yerinə yetirək. Premyer Liqanın ilk turunda "Səbail"lə qarşılaşacağıq və fikrimiz bu matçdadır. Vaxt yetişəndə "Şkupi"dən də danışacağıq. Çalışacağıq sona qədər mübarizə aparaq. Premyer Liqada isə çempionluq üçün oynamalıyıq".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah