"Keşlə" "Səbail"lə heç-heçə etdi

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlıqlarını davam etdirən “Səbail” və “Keşlə” bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Newsport.az-ın məlumatına görə, Bakı Olimpiya stadionunun ehtiyat meydançasında keçirilən matçda qapılara qol vurulmayıb.

Bu komandaların Qəbələdəki toplanış çərçivəsində keçirilən yoxlama görüşündə “Keşlə” 2:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, “Səbail” Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə “Neftçi” ilə,  “Keşlə” isə “Sumqayıt”la qarşılacaq.

Yoxlama oyunu

14 avqust

Səbail – Keşlə 0:0
Bakı Olimpiya stadionu, ehtiyat meydança





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right