“Sumqayıt” iranlı hücumçu ilə gücləndi

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, “kimyaçılar” İranın “Sepahan” klubundan ayrılan Əli Qurbanini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Əli yeni klubunda 9 nömrəli formada çıxış edəcək. Qurbani ötən mövsüm “Sepahan”da keçirdiyi 12 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah