Azərbaycan Premyer Liqasının təmsilçiləri yeni mövsümə hazırlıqlarını davam etdirirlər.
Newsport.az xəbər verir ki, yoxlanış çəçivəsində bu gün daha iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı “Keşlə” ilə “Səbail” arasında olacaq. Saat 18:00-da başlayacaq görüş Bakı Olimpiya Stadionunun köməkçi meydançasında baş tutacaq.
Günün digər oyununda isə “Neftçi” ilə “Qəbələ” üz-üzə gələcək. “Bakcell Arenada” keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Yoxlama oyunları
14 avqust
18:00 “Keşlə” – “Səbail”
Stadion: BOS (köməkçi meydança)
20:00 “Neftçi” – “Qəbələ”
Stadion: “Bakcell Arena”