“Keşlə” yeni transferini açıqladı

“Keşlə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Newsport.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, “qırmızılar” Kamal Baramovla anlaşıb. Məlumata görə, 34 yaşlı futbolçu ilə mövsüm sonuna qədər müqavilə bağlanıb. 2019-20 mövsümünü “Səbail”də çıxış edən Kamal “dənizçilər”in heyətində 11 oyunda iştirak edib.

Qeyd edək ki, paytaxt klubu daha öncə Tural Axundov ("Neftçi"), Şəhriyar Əliyev ("Sumqayıt"), Cavid İmamverdiyev ("Sabah"), Rəhman Hacıyev, Turan Vəlizadə (hər ikisi "Neftçi": icarəyə), Dmitri Klots ("Karpatı", Ukrayna), Silvio Rodrigez Perreyra Juniorla da  (“Vlajniya”, Albaniya) anlaşdığını açıqlayıb.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah