“Neftçi” zirvədə

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümü sayca 29-cu ölkə çempionatı olacaq. 

Newsport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, 1992-ci ildən keçirilən turnirin əvvəlki 28 mövsümündən ikisi yaz-payız, digərləri payız-yaz sistemi ilə keçirilib. 

Biri başa çatmayan 28 mövsümdə ümumilikdə 60 komanda oynayıb. Qarşıdakı mövsümdə debütant olmayacağından bu rəqəm dəyişməyəcək.

60 iştirakçıdan yalnız ikisi bütün çempionatlarda mübarizə aparıb. Bunlar “Neftçi” və “Qarabağ”dır. Ölkə çempionatları tarixinin ümumi cədvəlinə başçılıq edən bakılılar ötən mövsümün gedişində zirvəni əldən versə də, yenə Ağdam təmsilçisindən 1 xal öndə qərarlaşıb. 3-cü pillədə “Keşlə”, 4-cü sırada “Kəpəz”, 5-ci isə “Turan”dır.

Qeyd edək ki, yeni mövsüm avqustun 21-də başlayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah