"Sileks"in fikri "Qarabağ"la oyundadır Zoran Sterjovski

Şimali Makedoniya çempionatının ikinci turunda “Qarabağ”ın Çempionlar Liqası təsnifat mrəhləsindəki rəqibi “Sileks” evdə “Pelister”lə qarşılaşacaq. Newsport.az xəbər verir ki, qonaq komandanın baş məşqçi Zoran Sterjovski görüş öncəsi mətbuata açıqlama verib

Vaxtı ilə “Sileks”in də çalışdıran mütəxxəsis sabiq komandasının Ağdam təmsilçisi ilə duelindən yararlanmaq niyyətində olduqlarını vurğulayıb:

"Sileks” yaxşı komandadır. Kollektiv mübarizə aparmağı bacarırlar. Onlarla görşümüz çətin olacaq. Ancaq rəqibin Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ”la görüşü var. Bundan istifadə etmək lazımdır. Çünki onların düşüncəsi həmin oyundadır. Mənə maraqlı olan “Pelister”in bu qarşılaşmada hansı nəticəni qazanmasıdır. Səfərə qələbə üçün gedirik”.

Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu 20:00-da start götürəcək.

.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah