"Keşlə"nin rəqibi braziliyalı futbolçunu yoxlayır

“Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Laçi” heyətini gücləndirmək niyyətindədir. Newsport.az xəəbr verir ki, komanda hazırda iki oyunçunu sınaqdan keçirir.

Məlumata görə, “Flamurtari” klubunun  braziliyalı yarımmüdafiəçisi Lukas Ramosla “Luftetari”nin orta sahə oyunçusu Aurel Demo komandada baxışdadır. Hər iki oyunçu da “Apoloniya” ilə keçirilən yoxlama görüşündə meydanda olub.

Futbolçuların çıxışları baş məşqçini razı salsa, onlar heyətə cəlb ediləcək.

Qeyd edək ki, avqustun 27-də “ASK Arena”da keçiriləcək “Keşlə” – “Laçi” görüşü 21:00-da başlayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah