"Sileks"in müdafiəçisi: "Qarabağ" haqqında düşünmürük"

"Normal işləyirik və hələ ki, "Qarabağ" barədə düşünmürük".

Newsport.az-ın məlumatına görə, bu fikirləri Şimali Makedoniyanın "Sileks" klubunun futbolçusu Xristian Qrozdanoski çempionatda qarşılaşacaqları "Pelister"lə matçdan öncə "Gol.mk" saytına açıqlamasında deyib. 

Müdafiəçi həmin görüşdən sonra özlərini avrokubok oyununa həsr edəcəklərini söyləyib. O, yalnız çempionatdakı rəqibləri barədə danışıb: "Qarşımızda çətin və qeyri-müəyyən matç var. Buna baxmayaraq biz hazırıq və qələbə qazanmaq istəyirk". 

Qeyd edək ki, "Qarabağ" - "Sileks" oyunu avqustun 18-də Bakıda olacaq və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah