“Səbail” Aleksandr Rıbka ilə vidalaşdı

“Səbail” qapıçısı Aleksandr Rıbka ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı qapıçıya xidmətlərinə görə təşəkkür edən “dənizçilər” ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2019-cu ilin yanvarından “Səbail”in formasını geyinən 33 yaşlı qolkiperin Bakı klubu ilə 1 illik müqaviləsi qalmışdı. O, geridə qalan müddət ərzində paytaxt təmsilçisində 22 rəsmi oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right