Sabiq “Qarabağ”lı “Fənərbaxça” ilə anlaşdı

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
 
Newsport.az saytının məlumatına görə, müqavilə ilə “Bornmut”a məxsus olan təcrübəli qolkiper “Fənərbaxça” ilə anlaşıb.
 
Bosniya və Herseqovina millisinin üzvü ilə hərtərəfli razılıq əldə olunub. “Sarı-lacivərdlilər” hətta 33 yaşlı qapıçının klubu ilə də ortaq məxrəcə gəlib. Beqoviçin tezliklə Türkiyəyə yollanması və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right